Məhsul haqqında
Naturalive Təbii Körpə Yağı 100 ml
Naturalive Təbii Körpə Yağı körpənizin həssas dərisini xarici təsirlərdən qorumaq, intensiv nəmləndirmək və dərini yumşaq saxlamaq üçün tamamilə təbii bitki yağları əsasında hazırlanmışdır.
Tərkibində kokos yağı, küncüt yağı, şirin badam yağı, zeytun yağı, jojoba yağı, E vitamini və kalendula (aynısəfa) yağı vardır. Bu xüsusi formul körpə dərisinin qoruyucu baryerini dəstəkləyir, dərini qidalandırır, sakitləşdirir və nəmləndirir.
Məhsulun tərkibində konservant, ətir və neft mənşəli maddələr kimi zərərli kimyəvi komponentlər yoxdur.
Niyə Naturalive Təbii Körpə Yağı?
- 100% təbii bitki yağlarından hazırlanıb.
- Körpələrin həssas dərisi ilə uyğundur.
- Dərinin qoruyucu baryerini dəstəkləyən qidalandırıcı formulaya malikdir.
- Gündəlik istifadə üçün uyğundur.
- Yerli istehsaldır.
Naturalive körpənizin dərisinə toxunan hər məhsulunda təbiiliyi, saflığı və etibarlılığı ön planda tutur.
Naturalive Təbii Körpə Yağının üstünlükləri
Nəmləndirici və dəri baryerini dəstəkləyən təsir
Zeytun yağı təbii yağ turşuları, skvalen və antioksidantlarla zəngindir. Dərinin nəm balansını qorumağa, qoruyucu baryeri gücləndirməyə və dərinin yenilənməsini dəstəkləməyə kömək edir.
Jojoba yağı insan dərisinin təbii ifraz etdiyi yağa (sebuma) ən yaxın bitki yağlarından biridir. Dərinin təbii balansını pozmadan, məsamələri tıxamadan nəmləndirməyə və yumşaltmağa kömək edir.
Qidalandırıcı və yumşaldıcı bitki yağları
Şirin badam yağı A və B vitaminləri ilə zəngindir. Körpə dərisini qidalandırır, quruluqdan yaranan narahatlığı azaltmağa və dərinin ipək kimi yumşaq qalmasına dəstək olur.
Kokos yağı ana südündə də olan laurik turşusu ilə zəngindir. Dəri tərəfindən tez sorulur, dərini dərindən nəmləndirir, yumşaqlıq qazandırır və baş dərisində yaranan qaysaqlaşmanın (konakın) qarşısının alınmasına kömək edir.
Küncüt yağı rahatlaşdırıcı təsiri ilə masaj zamanı körpənin özünü daha rahat hiss etməsinə dəstək olur. Tərkibindəki vitamin və minerallar sayəsində dərini qidalandırır və xarici təsirlərə qarşı qoruyucu baxımı dəstəkləyir.
Sakitləşdirici və qoruyucu təsir
Kalendula (Aynısəfa) yağı həssas körpə dərisi ilə yüksək uyğunluğa malikdir. Qızartı, qıcıqlanma, bişməcəyə meyilli və həssas dərinin baxımında dəstəkləyici təsir göstərir.
E vitamini güclü antioksidant xüsusiyyətə malikdir. Dərini ətraf mühit amillərinin mənfi təsirlərindən qorumağa və dəri bütövlüyünü dəstəkləməyə kömək edir.
Müntəzəm istifadə zamanı Naturalive Təbii Körpə Yağı körpənizin dərisinin daha yumşaq, elastik və nəmlənmiş görünməsinə kömək edir. Təbii tərkibi ilə körpə dərisinə zərif və etibarlı qulluq təqdim edir.
İstifadə qaydası
Hamamdan sonra və ya bez dəyişdirilən zaman ovucunuzda az miqdarda yağı isidərək körpənizin dərisinə yüngül masaj hərəkətləri ilə tətbiq edin.
Saxlanma şəraiti
Sərin, quru və birbaşa günəş şüalarından uzaq yerdə saxlayın. İstifadədən əvvəl flakonu çalxalamağınız tövsiyə olunur.







Şərhlər
There are no reviews yet.