Tort üzərində istifadə üçün nəzərdə tutulan fişənglərdən çıxan dumandan xırda metal hissəciklər çıxır ki, onlar tortun üzərinə töküldüyü zaman biz tortla bərabər ağır metalları, kimyəvi və zərərli maddələri də istehlak etmiş oluruq. Rəngli fişənglər istehsal edilən zaman barium (yaşıl) və stronsium (qırmızı) kimi kimyəvi maddələrdən istifadə edilir. Bu maddələr də torta töküldüyü zaman istehlakçıların, xüsusən də uşaqların sağlamlığı üçün təhlükə yaradır.
